AZ

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ - 7 ölü, 150 yaralı

Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib.

Missiya.Az xəbər verir ki, təbii fəlakət nəticəsində azı 7 nəfərin həlak olduğu, 150 nəfərin isə yaralandığı bildirilir.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanlar Bəlx vilayətinin Hulm bölgəsində, 10 kilometr dərinlikdə qeydə alınıb.

Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (AFD) zəlzələnin episentrinin Samanqan əyaləti olduğunu açıqlayıb. Qurumun ilkin məlumatına əsasən, dağıntılarla bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr