AZ

Aybəniz Haşımova arzusunu belə gerçəkləşdirdi

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Uşaq yaşlarımdan böyük ailələri görəndə həmişə arzulayırdım ki, mənim də böyük ailəm olsun. Gözəl bir ana olum, hər səhər onları dərsə yola salım, axşam qarşılayım, sevdikləri yeməkləri bişirim, arzularını gerçək edim. Amma həyat başqa cür yazdı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədəki paylaşımında yazıb. Müğənni tələbələrini evində qonaq edərək, həmin anın görüntülərini izləyiciləri ilə bölüşüb:

"Bioloji olaraq belə bir böyük ailəyə sahib ola bilmədim. Lakin Allah mənə tələbələrim vasitəsilə böyük bir ailə bəxş etdi. Bu gün çox xoşbəxtəm ki, mənim elə gözəl “balalarım” var: kimisi məni ana, kimisi nənə bilir. Bu hisslər mənim üçün dünyanın ən gözəl nemətidir. Dərsdən sonra uşaqlarımla bir ənənəni yaşadıq - yerdə süfrə salıb birlikdə yemək yedik. O qədim ailə abu-havasını hiss etmək, o səmimiyyəti yaşamaq mənə çox böyük zövq verdi. Əyləşə bilməsəm də, sadəcə baxmaq belə xoş idi…

Bu duyğular mənim üçün həyatda ən böyük səadətdir"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
axsam.az

1Mənbələr