AZ

Böyük Britaniya kralının qardaşı son titulundan da məhrum ediləcək

BAKI, 3 noyabr. TELEQRAF

Böyük Britaniya hökuməti kral III Çarlzın qardaşı, keçmiş şahzadə Endryüdən qalan son fəxri hərbi titulları da geri alacaq.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə naziri Con Hili məlumat verib.

“Endryünün orduda daşıdığı fəxri titullardan imtina etdiyini görürük. İndi kralın göstərişi ilə onun son titulu olan vitse-admiral rütbəsini də ləğv etməyə çalışırıq”, - nazir qeyd edib.

Böyük Britaniya kralı oktyabrın 30-da 65 yaşlı Endryünün ABŞ-də seksual cinayətlərə görə məhkum edilmiş maliyyəçi Cefri Epşteyn ilə əlaqələri səbəbilə artan ictimai qınaq fonunda qardaşını kral ailəsinin titullarından məhrum etdiyini açıqlamışdı.

Kralın kiçik qardaşı Endryü 1982-ci ildə Folklend müharibəsində Kral Hərbi Dəniz Qüvvələrinin helikopter pilotu kimi iştirak edib, 22 illik xidmətdən sonra 2001-ci ildə ordudan təqaüdə çıxmışdı.

Keçmiş şahzadə dəfələrlə milyarder Cefri Epşteyn tərəfindən istismar edilən Virciniya Syuffrla əlaqədə olmasını inkar edib. Amma Syuffrun ötən ilin aprel ayında intiharından sonra dərc edilən xatirələrində yeni təfərrüatlar üzə çıxdıqdan sonra kral Endryü bütün titullarından məhrum olunub.

Seçilən
49
teleqraf.com

1Mənbələr