AZ

Hindistanda yol qəzasında azı 24 nəfər həlak olub

Bakı, 3 noyabr, AZƏRTAC

Hindistanın cənubundakı Telanqana əyalətində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 24 nəfər həlak olub, xeyli sayda insan xəsarət alıb.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, Heydərabada gedən avtobusda təxminən 72 sərnişin olub. Qəzadan dərhal sonra polis və xilasetmə qrupları hadisə yerinə gələrək kütləvi yardım əməliyyatlarına başlayıb.

İlkin məlumatlara görə, qəzanın başvermə səbəbi yük maşını sürücüsünün sürət həddini aşması və idarəetməni itirməsi olub.

Qeyd edək ki, Hindistanda yolların həddindən artıq yüklənməsi və ehtiyatsız sürücülük nəticəsində ölümcül yol qəzaları tez-tez baş verir.

Seçilən
36
azertag.az

1Mənbələr