AZ

Bəstəkar Cahangir Zülfüqarovun anadan olmasının 70 illiyinə həsr olunmuş müəllif konserti keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş müəllif konserti keçirilib.

Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqından məlumat verilib.

Bildirilib ki, tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə açaraq Cahangir Zülfüqarovun görkəmli bəstəkar, Xalq artisti, Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr verən Oqtay Zülfüqarovun davamçısı olduğunu qeyd edib. F. Əlizadə bəstəkarın müxtəlif janrlarda - simfonik, kamera-instrumental, vokal, eləcə də uşaq və teatr musiqisi sahəsindəki yaradıcılığını xüsusi vurğulayıb. Onun əsərləri müxtəlif konsert salonlarında səslənir və geniş dinləyici auditoriyası tərəfindən rəğbətlə qarşılanır. C.Zülfüqarov uzun illərdir Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvüdür.

Firəngiz Əlizadə çıxışının sonunda yubilyarı təbrik edərək ona yubiley ünvanını təqdim edib.

Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynovanın aparıcılığı ilə davan edən tədbirdə Xalq artisti Məbud Məhərrəmovun “Bəstəkar Cahangir Zülfüqarovun yaradıcılıq uğurları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyevanın “Bəstəkar Cahangir Zülfüqarovun yaradıcılıq portreti” adlı məruzələri dinlənilib.

Xalq artisti Məbud Məhərrəmov bəstəkara beynəlxalq müsabiqə laureatı kimi qazandığı diplomu da təqdim edib.

Tədbirdə Zülfüqarovlar nəsil şəcərəsinin musiqi davamını balaca musiqiçilər nümayiş etdiriblər.

Sonda bəstəkarın əsərləri səslənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azertag.az

1Mənbələr