AZ

Şəkərli diabetlə bağlı həkimlərdən XƏBƏRDARLIQ

Ajans.az xəbər verir ki, verilişin budəfəki mövzusu şəkərli diabet xəstəliyi və onun ciddi  göstəricisi fonunda keçirdiyimiz ağrılardır.  Verilişdə mövzu ilə bağlı qonaq qismində endokrinoloq-nutrisoloq İbrahimova Səbinə və həkim-oftamoloq Kəmalə Mustafayevadır.  Şəkər, diabet xəstəliyi dedikdə onun əlaqəsini iki ciddi orqanda görürük.  Bura göz və ürək-damar sistemi daxildir. Kəmalə Mustafayeva bildirib ki, şəkərli diabet orqanizmdə xırda kapilyarlarla zəngin olan bir sıra orqanları zədələyir. Gözlər isə bu kapilyarla zəngindir. Buna görə də şəkərli diabet gözləri də zədələyir. Endokrinoloq Səbinə İbrahimova isə şəkərli diabetin digər xəstəliklər fonunda səbəbindən danışıb. O bildirib ki, şəkərli diabet yalnız mədəaltı vəzi xəstəlikləri fonunda yaranmır. Böyrəküstü vəzi problemləri, hipofiz vəzi xəstəlikləri, qalxanabənzər vəzinin zəhərli zobu xəstəliyi fonunda da yarana bilir. 

Daha ətraflı videoda:

Seçilən
52
Ajans.az

1Mənbələr