AZ

Ölkə çempionatları tarixində yeni rekord

“Neftçi” Misli premyer-liqasının 2025/26 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, 10-cu turun “Kəpəz”lə ev oyununa təsadüf edib. “Ağ-qaralar” 5:1 hesabı ilə qalib gəlib.

Bu, Bakı klubunun ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdü. Paytaxt təmsilçisi yalnız iki dəfə - 2009/10 və 2015/16 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb.

Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddu.

Seçilən
23
3
football-plus.az

6Mənbələr