Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nurlan Rəsulov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və Gənclər arasında Avropa birinciliyində çıxış edib.
İdman.biz-ə bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.
Bildirilib ki, 88 kq çəki dərəcəsində yarışan idmançımız təkanla qaldırma hərəkətində 181 kq nəticə göstərərək 4-cü yeri tutub. Lakin birdən qaldırma hərəkətində uğursuz çıxış edən Nurlan Rəsulov ümumi nəticədə mükafatçılar sırasına düşə bilməyib.