AZ

ÇL: Araz Naxçıvan ın potensial rəqibləri müəyyənləşdi Bu 8 komandadan biri ilə qarşılaşacaq

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünən keçirilmiş 2 oyundan sonra UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə aparacaq 16 komanda müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, 1/8 final mərhələsinin püşkatması ərəfəsində səbətlər müəyyənləşib.

Reqlamentə əsasən, A yolunda mübarizə aparan və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar. 

7-ci qrupun qalibi olaraq ilk dəfə keçirilən 1/8 finala vəsiqə qazanan “Araz-Naxçıvan” B yolunda qrup qaliblərinin sırasındadır. Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda 1/8-də bu 8 komandadan birinə rəqib olacaq: "Kartagena Kosta Kalida" (İspaniya), "İlles Balears Palma" (İspaniya, ÇL son qalibi), "Benfika" (Portuqaliya), "Sportinq" (Portuqaliya), "Piast Qlivise" (Polşa), "Etoile Lavalloise" (Fransa), "Riqa" (Latviya) və "Kayrat Almatı" (Qazaxıstan).

Noyabrın 6-da, Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərini püşkü atılacaq. 1/8 final mərhələsinin oyunlar isə noyabrın 24-də və dekabrın 5-də, 1/4-in matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaq. Bundan sonra “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan çempionu ilk oyununu Bakıda keçirəcək.

A yolu, qrup qalibləri

Kartagena Kosta Kalida (İspaniya)

İlles Balears Palma (İspaniya, ÇL son qalibi)

Benfika (Portuqaliya)

Sportinq (Portuqaliya)

A yolu, qrup ikinciləri

Piast Qlivise (Polşa)

Etoile Lavalloise (Fransa)

Riqa (Latviya)

Kayrat Almatı (Qazaxıstan)

A yolu, qrup üçüncüləri

Sportinq Anderlext (Belçika)

Semey (Qazaxıstan)

Luxol St. Andreus (Malta)

Priştina 01 (Kosovo)

B yolu, qrup qalibləri

AEK (Yunanıstan)

Hjörrinq (Danimarka)

Araz-Naxçıvan (Azərbaycan)

Hit Kiyev (Ukrayna)

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
11
fanat.az

10Mənbələr