AZ

Tanınmış vəkil həbs olunan icra başçısı ilə bağlı DTX ya müraciət etdi

ain.az, Tribuna portalına istinadən məlumat yayır.

Azərbaycanda tanınmış vəkillərdən olan Aqil Layıc ötən gün sosial şəbəkə üzərindən Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.

Tribunainfo.az xəbər verir ki, o, ötən həftə həbs edilmiş Balakənin icra başçısı İslam Rzayevlə bağlı araşdırmanın dərinləşdirilməsini xahiş edib.

Aqil Layıc yazıb ki, həbs edilən icra başçısının dövründə camaatın əkin-örüş torpaqları vəzifədən sui-istifadə nəticəsində Rzayevin yaxın adamlarının adına özəlləşdirilib. “Camaatın heyvandarlıq və əkin üçün əksər yerləri əlindən alınıb, bunu da araşdırın. Araşdırdıqda biləcəksiniz kimlərin adınadır. Rayonda hər kəs bilir bu faktı”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
tribunainfo.az

2Mənbələr