AZ

Bu ölkə yaratdığı bataqlıqda özü də gec-tez batacaq- ÖZƏL

"İntenet resurslarında yayılmış bir xəbər diqqətimi cəlb etdi. Rus filosofu Aleksandr Dugin hesab edir: " Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul etməli və etnik rus olmalıdırlar. Yəni xristian olsalar, etnik rusa dönəcəklər". "Olaylar"ın məlumatına görə, bunu deyən siyasi ekspert Əkrəm Bəydəmirlinin sözlərinə görə, sıradan olmayan Duginin belə çağırışları Rusiyanın hansı acınacaqlı vəziyyətdə olduğundan xəbər verir: "Belə xəstə, qorxulu təşəkkürün nəticəsi idi ki, Rusiyada yaşayan xalqların nümayəndələrinə, diaspor təşkilatlarına qarşı aqressiv münasibət  zaman-zaman davam edib. Bu ilin yay aylarında Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hücumlarla Rusiya öz mahiyyətini ortaya qoyub. Artıq bu ölkədə yaşamağın, biznes qurmağın nə qədər təhlükəli  olduğu bir daha aydın oldu.  Rusiyanın mühacirlərə qarşı belə kriminal siyasətinin izahatı olmayacaq. Bu ölkə törətdiyi heç bir faciəyə, qan donduran hərəkətlərə görə heç zaman məsuliyyət hiss etməyib və etməyəcək.
Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hücumlarda Rusiya özünəməxsus repressiyanı ortaya qoydu. Gecələr qapılar döyülürdü, günahsız, müdafiəsiz insanları döyə-döyə maşına basıb aparırdılar. Rus dəyənəyi işə düşür, söyüşün biri beş qəpik.  
Müşahidələr göstərir ki, bu ölkə yaratdığı bataqlıqda özü də gec-tez batacaq. Mən bunu yazmışdım, bir daha təkrar edirəm. Rusiyada böyük sərmayə sahibi olan soydaşlarımız, oraya çörək, dolanışıq arxasınca gedən sıravi vətəndaşlarımız üçün Azərbaycanda,  işğaldan azad olunmuş ərazilərdə  çox əlverişli biznes mühiti yaratmaq lazımdır. Həmin azərbaycanlılar Rusiyanın Azərbaycana yeganə təzyiq rıçaqıdır. Çünki bu ölkənin  digər sferalarda Azərbaycana təzyiq imkanları məhduddur. Məhz bu  vasitədən də adıçəkilən rejimi məhrum etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr