AZ

Azərbaycanda ümumi kredit portfeli 31 milyard manatı ötüb

Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda kredit təşkilatlarının ümumi kredit portfeli 31,042 milyard manat olub. Onun 528,1 milyon manatı isə vaxtı keçmiş kreditlərdir.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, cəm kredit qoyuluşlarının 26,8 milyard manatı milli valyutada, 4,2 milyard manatı isə xarici valyutada verilib. Milli valyutada olan kreditlərin 438,4 milyon manatının, xarici valyutada olanların isə 89,7 milyon manatının ödəmə müddəti keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada verilən kreditlərin həcmi 2,6 milyard manat və ya 9,3% artıb, xarici valyutada verilən kreditlərin həcmi isə 480,9 milyon manat və ya 10,2% azalıb.

Hesabat dövründə milli valyutada verilən kreditlərin 4,3 milyard manatı qısamüddətli, 22,4 milyard manatı isə uzunmüddətli olub. Xarici valyutada verilən kreditlərin isə 937,8 milyon manatı qısamüddətli, 3,3 milyard manatı uzunmüddətli kreditlər təşkil edib.

Fuad Mədətov
Finss.az

Seçilən
0
2
fins.az

10Mənbələr