AZ

Ukrayna hərbçiləri silahı qoyub Avropaya qaçdılar

Ukrayna ordusunun bəzi hərbçiləri ölkəni tərk edərək Avropaya sığınmağa çalışıblar.

News365.az xəbər verir ki,  Rusiya mediası təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla bu barədə məlumat yayıb. Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin 94-cü Sərhəd Dəstəsinə aid bir qrup əsgər xidmət yerlərini tərk edərək Slovakiya və Macarıstan ərazisinə keçiblər.

İddialara əsasən, onlar silah və texnikanı ölkə ərazisində qoyub gediblər. Rusiya mediası qeyd edir ki, son dövrlərdə Ukrayna ordusunu tərk edərək Avropa ölkələrinə qaçan hərbçilərin sayında artım müşahidə olunur.

Xatırladaq ki, yaxın günlərdə ukraynalı bloger Maks Rudada da hərbi xidmətə çağırışdan yayınaraq ölkəni tərk edib. O, qaçış marşrutunu videoya çəkərək paylaşmış və Ukraynada davam edən səfərbərlik siyasətini “insanları canlı zibilə çevirmək” kimi dəyərləndirmişdi.

News365.az 

Seçilən
22
news365.az

1Mənbələr