AZ

Tramp: Netanyahunu Qəzzada atəşkəs razılaşmasına doğru apardım

“İsrail Baş naziri Benyamin Netanyahunu Qəzzada atəşkəs razılaşmasına doğru apardım”.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp, CBS telekanlında yayımlanan “60 Minutes” verilişinə müsahibəsində bildirib.

“Mən onu buna doğru apardım. Onun etdiyi bəzi şeyləri bəyənmədim və mənim bununla bağlı hansı addımları atdığımı gördünüz”, - deyə o, əlavə edib.

ABŞ lideri Netanyahunu çox istedadlı bir insan adlandırıb. Tramp İsrail liderinə qarşı korrupsiya işinin ləğv edilməsini tələb etdiyini deyib və ABŞ-ın ona kömək etmək üçün bu işə cəlb olunacağını bildirib.

Seçilən
8
3
yeniazerbaycan.com

4Mənbələr