AZ

Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir

3- 27 noyabr tarixində Şirvanda, Samuxda, Şabranda, Astarada, Ağdamda, Ucarda, Qaxda və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Redaktor.az xəbər verir ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Seçilən
20
13
redaktor.az

10Mənbələr