AZ

Mustafa Destici: Azərbaycan bütün sahələrdə böyük tərəqqi mərhələsinə qədəm qoyub  

Bakı artıq dünya paytaxtları səviyyəsində bir şəhərə çevrilib, çox dəyişib. Azərbaycandakı inkişaf bizi qürurlandırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən mətbuat konfransında Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici söyləyib.

O bildirib ki, ölkə bütün sahələrdə - istər beynəlxalq əlaqələrdə, istər hərbi sahədə böyük tərəqqi mərhələsinə qədəm qoyub.

“Azərbaycanla Türkiyə arasında sarsılmaz qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanı və Azərbaycan Ordusunu Zəfərin 5-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Bu qürurlu anları birlikdə yaşamaqdan böyük məmnunluq duyuruq”,- deyə M.Destici vurğulayıb.

Seçilən
9
1
azerbaijan-news.az

2Mənbələr