AZ

"Bakı Ticarət Mərkəzi" MMC nizamnamə kapitalını kəskin azaldır

BAKI, 3 noyabr. TELEQRAF

"Bakı Ticarət Mərkəzi" MMC nizamnamə kapitalının azaldığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə MMC özü məlumat yayıb.

Belə ki, MMC-nin nizamnamə kapitalı 7 milyon 100 min 110 manatdan 4 milyon 600 min 110 manat azaldılaraq 2,5 milyon manata enib.

Kreditorlar bir ay ərzində öz tələblərini Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 30 m 67 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Bakı Ticarət Mərkəzi" MMC ötən il dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Rəhimov Araz Nüsrət oğludur.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr