ain.az bildirir, Operativ MM saytına əsaslanaraq.
İtaliya və Fransa Belçika ilə yanaşı, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin təzminat krediti çərçivəsində Ukraynaya köçürülməsinə qarşıdırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
İtalyan qəzeti yazır ki, Rusiya aktivlərinin istifadəsi qanunsuz hesab edilərsə, Paris və Roma “maliyyə öhdəliklərindən narahatdırlar”. Oktyabrın 23-də Aİ-nin Brüssel sammitində iştirak edənlər Ukraynanın maliyyələşdirilməsində Rusiya aktivlərinin istifadəsi ilə bağlı razılığa gələ bilməyiblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.