AZ

BVF Ukraynaya yardımı dayandıra bilər

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) təmsilçilərinə istinad edən “politico” nəşri belə məlumat yayıb. Qəzetin yazdığına görtə, mübahisəli “təzminat krediti”nin avropalı tərəfdarları BVF-nin Ukraynaya davamlı dəstəyinin çox vacib olduğunu və qurumu Kiyevə yeni yardım göstərməyə inandırmaq üçün vaxtın tükəndiyini iddia edirlər. “Fond növbəti üç il ərzində Ukraynaya 8 milyard dollar kredit ayırmaq imkanını nəzərdən keçirir. Lakin BVF-dən maliyyə dəstəyi almaq ümidləri Aİ-nin əksəriyyəti Belçikada dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə “təzminat krediti” barədə razılaşa bilməsindən asılıdır”, - nəşr vurğulayır.

Brüssel öz qırmızı xəttlərini çəkib

Avropa Komissiyasının (AK) nümayəndəsi və Aİ-nin üç ölkəsinin diplomatları qəzetə bildiriblər ki, “təzminat krediti” BVF-ni yaxın illərdə Ukraynanın maliyyə dayanıqlılığına əmin edəcək. Bu isə, hər hansı bir ölkənin maliyyə alması üçün ilkin şərtdir. Bununla belə, keçən ay Belçika Aİ liderlərinin maliyyə və hüquqi məsələlərlə bağlı iclasında “təzminat krediti”nə qarşı çıxıb. İndi Aİ ölkələrinin dekabrda baş tutacağı ehtimal edilən BVF-nin mühüm iclasından əvvəl mövqe barədə razılığa gəlməyə sadəcə vaxtları qalmaya bilər. - BVF-nin Kiyevə yardımının məbləği azdır, lakin onun ayrılması faktı ölkənin maliyyə sabitliyini təsdiqləməlidir. Bu, Ukraynanın dövlət idarəçiliyinin nə qədər səmərəli həyata keçirildiyini nümayiş etdirəcək”, - qəzet vurğulayır. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
azvision.az

1Mənbələr