AZ

Tramp: Dünyanı 150 dəfə partlatmaq üçün nüvə silahımız var

ABŞ prezidenti Donald Tramp noyabrın 2-də CBS News telekanalına müsahibəsində ölkəsinin dünyanın ən böyük nüvə silahı ehtiyatına malik olduğunu deyib.

XəzərNews.az xəbər verir ki,D.Tramp dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahlarının olduğunu bildirib. O, nüvə silahı ehtiyatında Rusiyanın ikinci yerdə olduğunu, Çinin də tezliklə çoxlarına sahib olacağını qeyd edib.

Amerika prezidenti əlavə edib ki, o, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə nüvəsizləşdirməni müzakirə edib.

O, iddia edib ki, digər dövlətlər - Rusiya, Çin, Şimali Koreya və Pakistan nüvə sınaqları keçirirlər, baxmayaraq ki, onlar bunu rəsmən təkzib etsələr də, bu barədə yazacaq müxbirləri yoxdur. Onun fikrincə, ABŞ silahlarını sınaqdan keçirməyən yeganə ölkə olaraq qalmamalıdır.

Tramp vurğulayıb ki, ilk prezidentlik dövründə ABŞ ordusunu tamamilə yenidən qurdu.



Xəbər 6 dəfə oxunub.
Seçilən
75
xezernews.az

1Mənbələr