AZ

Real Arda üçün Fənərbaxça ya bonus ödəyəcək

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçən Arda Gülerin transfer bonusları aktivləşib.

QOL.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.

İspaniya La Liqasının 11-ci turunda "Real" "Valensiya" üzərində 4:0 hesablı qələbə qazanıb. Həmin görüş Ardanın Madrid təmsilçisindəki 75-ci oyunu olub. Transfer müqaviləsinin şərtlərinə görə, 20 yaşlı yarımmüdafiəçinin bu mərhələyə çatacağı təqdirdə İstanbul klubu əlavə bonus alacaq.

Belə ki, "Real" "Fənərbaxça"ya 2 milyon avro bonus ödəməli olacaq.

Qeyd edək ki, Arda 2023-cü ilin iyulunda "Real"la 6 illik müqavilə imzalayıb. "Kral klubu" onun transferi üçün ümumilikdə 26 milyon avro xərcləyib. Güler "Real"la çıxdığı 75 oyunda 15 qol vurub və 17 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
qol.az

2Mənbələr