AZ

Bu şəhərdə elektrik enerjisində fasilələr yaranacaq

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 4-də saat 10-dan 14-dək “Azərişıq” ASC-nin Naxçıvan Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən, 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyasından çıxan 20 nömrəli 10 kV-luq elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.

Hafta.az xəbər verir ki, bu barədə Naxçıvan RETSİ-nin məlumatında bildirilib. Qeyd edilib ki, bununla əlaqədar Naxçıvan şəhərinin Səməd Vurğun, Şəhriyar və Xətai məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Seçilən
21
15
hafta.az

10Mənbələr