AZ

Nilufər Bakıda duyğu dolu konsert verdi – FOTO/VİDEO

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə “Anadolu Events” şirkəti Nilufəri Bakı Konqres Mərkəzində sevgi və səmimiyyət dolu konsert proqramı ilə təqdim edib.

Doğru.az xəbər verir ki, gecədə əfsanəvi sənətçi pərəstişkarlarına unudulmaz musiqi axşamı yaşadıb. Canlı orkestr, səhnə tərtibatı və Nilufərin enerjili performansı konserti ilin ən yaddaqalan tədbirlərindən birinə çevirib.

Konsertin emosional anlarından biri Nilufərin “Yandırdın qəlbimi” mahnısını ifa etməsi olub. Həmçinin sənətçi gənc bir pərəstişkarını səhnəyə dəvət edərək birlikdə “Son arzum” mahnısını ifa edib.

Gecənin səmimi və əyləncəli anlarından biri isə zalda əyləşən bir xanımın həyat yoldaşı Rəşidi doğum günü münasibətilə səhnədə təbrik etməsi olub. Alqışlar və gülüşlə qarşılanan bu an xatirə şəkli ilə tamamlanıb.

İki saat davam edən konsert boyunca Nilufər həm köhnə, həm də yeni mahnılarını canlı səsləndirərək tamaşaçılara həm nostalji, həm də sevgi dolu musiqi səyahəti yaşadıb.

DOĞRU.AZ

image-img-20251103-wa0038 image-img-20251103-wa0046 image-img-20251103-wa0035 image-img-20251103-wa0031image-img-20251103-wa0033

Seçilən
78
dogru.az

1Mənbələr