AZ

Messi DÇ-2026-da iştirakının nədən asılı olduğunu açıqladı

"İnter Mayami"nin kapitanı Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, argentinalı superulduz tanınmış insayder Fabritsio Romanoya açıqlamasında bunları dilə gətirib:

"Hər şeydən əvvəl, bu arzudur. Məndə bu hələ də böyükdür. Amma komandaya töhfə vermək və əlimdən gələni etmək üçün formada hiss etmək vacibdir.
Milli komandanın rənglərini qorumaq həmişə xüsusi qürurdur. Dünya çempionatında oynamaq isə inanılmaz bir şeydir. Əminəm ki, turnir ən yüksək səviyyədə təşkil olunacaq, baxmayaraq ki, ABŞ, Kanada və Meksika arasında səyahət çətin olacaq. Təbii ki, yenidən oynamaq və qazandığımız titulu qorumağa çalışmaq çox gözəl olardı".

Xatırladaq ki, Messinin kapitanı olduğu Argentina millisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında finalda Fransanı üstələyərək dünya çempionu tituluna yiyələniblər.

Mirağa

Seçilən
17
fanat.az

1Mənbələr