AZ

AzTV-dən sensasiya: səngərlər qazılır, İrəvan müharibəyə hazırlaşır? – VİDEO

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov müəllifi olduğu “Həftə” analitik-informasiya proqramında Ermənistanın sərhəddə hazırlıqlara davam etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, Ermənistanın Azərbaycanla şərti sərhəddə qazıntılar apardığını, müşahidə kameraları yerləşdirdiyini və hərbi texnikalar cəmlədiyini qeyd edib.

R.Məmmədov vurğulayıb ki, Azərbaycan regionda sülh prosesinə sadiqdir və buna uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparır.

Qeyd edək ki, son vaxtlar TRİPP yolunun (Zəngəzur dəhlizi) açılması ilə bağlı razılıqdan sonra regionda yeni müharibə ehtimalının tamamilə aradan qalxdığı bildirilib. Həm rəsmi Bakıdan, həm də İrəvandan bununla bağlı qəti mesajlar verilir və növbəti müharibənin olmayacağı vurğulanır. Buna rəğmən, ermənilərin sərhəddə hazırlıq aparması birmənalı qarşılanmır.

Ətraflı videoda:

Seçilən
33
2
editor.az

3Mənbələr