AZ

Pezeşkian: “Nüvə obyektlərini yenidən quracağıq”

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkian iyun ayında ABŞ və İsrailin hava hücumları nəticəsində zərər görən nüvə obyektlərinin yenidən inşa ediləcəyini bəyan edib. O, Tehranın nüvə silahı istehsal etməyə çalışdığı iddiaları isə qəti şəkildə təkzib edib.

Bakupost.az xəbər verir ki, Pezeşkian bu açıqlamanı İran Atom Enerjisi Təşkilatına səfəri zamanı verib. O, bildirib ki, Tehran öz ehtiyaclarına uyğun şəkildə nüvə proqramını “sabit və planlı şəkildə” davam etdirəcək.

İran hökumətinin sözçüsü Fatimə Mühəccərani isə bəyan edib ki, İran müvafiq beynəlxalq tərəflərlə mesaj mübadiləsi aparır və danışıqların detalları münasib vaxtda açıqlanacaq.

Eyni zamanda, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Vaşinqtonun təzyiqlərinə qarşı “milli müqavimət cəbhəsi” yaradılması çağırışı ilə çıxış edib: “Düşmənin tələbləri sonsuzdur və şərtsiz güzəştlərlə qarşısı alına bilməz”.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
www.bakupost.az

2Mənbələr