Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Nilufər paytaxtda möhtəşəm konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan gecədə əfsanəvi sənətkar pərəstişkarlarına unudulmaz musiqi axşamı yaşadıb.
Canlı orkestr, yüksək səviyyəli səhnə tərtibatı və sənətçinin enerjili performansı konserti ilin ən yaddaqalan musiqi tədbirlərindən birinə çevirib. Gecənin emosional məqamlarından biri Nilüfərin dərin hisslərlə ifa etdiyi “Yandırdın qəlbimi” mahnısı olub.
Konsertin bir digər unudulmayan məqamı Nilüfərin səhnəyə gənc bir pərəstişkarını dəvət etməsi olub. Sözügedən tamaşaçının da adı Nilüfər idi.Onlar birlikdə “Son arzum” mahnısını ifa edərək, zalda səmimi və duyğulu anlar yaradıblar.
Lakin gecənin ən səmimi və əyləncəli anı tamaşaçılar arasından gəlib. Zalda əyləşən bir xanım səhnəyə yaxınlaşaraq həyat yoldaşı Rəşidi doğum günü münasibətilə təbrik edib.O, 35 illik ailə həyatları boyunca yalnız Nilüfərin mahnılarını dinlədiklərini bildirərək, sənətçiyə təşəkkür edib.