AZ

Arda Güler “Fənərbağça”ya daha iki milyon avro qazandırdı

“Real”(Madrid) Arda Gülerə görə “Fənərbağça”ya yenidən 2 milyon avro bonus ödəyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” nəşrinin məlumat yayıb.

Belə ki, “Fənərbağça” 2023-cü ildə A. Güleri “Real”(Madrid) satanda transfer müqaviləsində hər 25 matç üçün 2 milyon avro bonus bəndi daxil edilmişdi.

“Fənərbağça” onun 25-ci və 50-ci matçlarından sonra 4 milyon avro bonus qazanıb və 75-ci matçından sonra da eyni məbləği almaq hüququ əldə edib.

Xatırladaq ki, Arda Güler 2023-cü ilin iyulunda “Fənərbaxça”dan “Real Madrid”ə transfer olunub.

İdman.Biz

Məqalədə:
Seçilən
18
7
idman.biz

10Mənbələr