AZ

Ermənistan və Misir xarici işlər nazirlərinin müavinləri Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər

BAKI, 3 noyabr. TELEQRAF

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Qahirədə Misir xarici işlər nazirinin müavini Vael Hamed ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər cari ilin aprel ayında iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr zamanı əldə olunmuş razılaşmaların icra vəziyyətini ətraflı müzakirə edib, turizm, infrastruktur, səhiyyə, yüksək texnologiyalar sahələrində əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.

Tərəflər yaxın vaxtlarda Ermənistan və Misir arasında hökumətlərarası komissiyanın iclasının çağırılmasının vacibliyini qeyd edərək, bunun ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyini söyləyiblər.

Vaan Kostanyan və Vael Hamed Cənubi Qafqaz və Yaxın Şərqdə gedən sülh prosesləri barədə də fikir mübadiləsi aparıblar.

Seçilən
15
teleqraf.com

1Mənbələr