AZ

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakı, 3 noyabr, AZƏRTAC

Bakının Sabunçu rayonunda nəqliyyat vasitəsindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək “Changan” markalı avtomobilindən pul vəsaitinin naməlum şəxs tərəfindən talandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.Zeylanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
21
10
azertag.az

10Mənbələr