AZ

“Qarabağ”ın “Çelsi” ilə oyunu avstriyalı hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun təyinatları açıqlanıb.

Gundem.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş Avstriyadan olan hakimlərə tapşırılıb.

Oyunu Sebastian Gişamer idarə edəcək. Ona Roland Riedel və Santino Şreiner kömək edəcəklər. Uolter Altmann dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Manuel Şuettenqruber və Jozef Sparni olacaq.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Seçilən
47
gundem.az

1Mənbələr