AZ

Türkiyədə 62 milyon dollarlıq narkotik aşkar olunub

Ajans.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 1-də ölkənin Ağrı əyalətindəki Gürbulak sərhəd-keçid məntəqəsində keçirilən əməliyyat zamanı 721 kiloqram maye metamfetamin müsadirə edilib. Nazirliyin məlumatına əsasən, müsadirə olunan narkotik maddələrin ümumi dəyəri 2,612 milyard türk lirəsi (təxminən 62,2 milyon ABŞ dolları) təşkil edir.

Bundan əlavə, 2025-ci ilin əvvəlindən etibarən ümumilikdə 30,1 ton müxtəlif növ narkotik vasitə müsadirə olunaraq məhv edilib. Onların ümumi dəyəri 96 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Seçilən
28
Ajans.az

1Mənbələr