AZ

Azərbaycan–Qırğız İnkişaf Fondu investisiya layihələrinə 14 milyon dollardan çox maliyyə ayırıb

Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyəti çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində işlər müzakirə edilib.

Aznews.az xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının sədri Elnur Əliyevin Qırğızıstana səfəri çərçivəsində Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının 6-cı iclasında bildirilib.

E. Əliyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, dövlətlərin başçıları tərəfindən iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir.

Azərbaycan–Qırğız İnkişaf Fondu iki ölkə arasında dostluq və iqtisadi tərəfdaşlığın inkişafında mühüm alət kimi çıxış edir. Fondun fəaliyyəti çərçivəsində həyata keçirilən layihələr ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir,

Qırğızıstanla əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. 2024-cü il 24 aprel tarixində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış əlavə sazişə əsasən, Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarına qədər artırılması nəzərdə tutulur.

Hazırda Fond ümumi dəyəri 52,7 milyon ABŞ dolları olan 4 investisiya layihəsinə 14,4 milyon ABŞ dolları həcmində maliyyə ayırıb. Bunlar 9 MVt gücündə "Tyup HES" kiçik su elektrik stansiyası, "Tanar Group" sosial yaşayış kompleksi daxilində çoxfunksiyalı mərkəz, "KG Tex" 300 iş yerlik tikiş fabriki və "Orion Grand" kovrolin istehsalı zavodu layihələridir.

Seçilən
24
15
aznews.az

10Mənbələr