AZ

“Köhnə sənətçilərin qonorarları yüksəkdir…” EYYUB HÜSEYNZADƏ

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlərdə məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkəti sayəsində Türkiyənin tanınmış müğənniləri Bakıda konsertlər verməyə tez-tez gəlirlər.

Bəzən eyni sənətçilərin dəvət olunduğu müşahidə olunur.

Gununsesi.info-nun keçirdiyi sorğuya əsasən, tamaşaçılar daha çox klassik ulduzları – Ajda Pekkan, Seda Sayan və Sezen Aksunu və s. görmək istəyirlər.

Saytımıza açıqlamasında Eyyub Hüseynzadə bildirib ki, köhnə sənətçilərin qonorarları çox yüksəkdir və hazırda bu, şirkətin maddi imkanlarını aşır.

“Lakin gələcəkdə yenilik məqsədilə Avropalı müğənnilərin dəvəti də planlaşdırılır”-deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
icma.az

1Mənbələr