AZ

Erməni dilini öyrənmək təhlükəsizlik baxımından vacib məsələdir Məzahir Məmmədli

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.  Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olaraq tətbiq ediləcək.

Bəs Azərbaycanda da erməni dili tədris oluna bilərmi?

Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə bu məsələ hələ sovetlər dönəmində də var idi:

"Yaxın qonşu ölkələrin, rəqib və düşmən olan ölkələrin dilini öyrənmək həm təhlükəsizlik baxımından, həm də digər məsələlər üçün vacib sayılan şərtlərdən biridir. Azərbaycanda da, əlbəttə ki, ermənişünas alimlər var. Azərbaycan Dillər Universitetində belə mütəxəssislərimiz mövcuddur. Amma bunun ümumi təhsil məktəblərinə tətbiqi, düşünürəm ki, vaxt tələb edən məsələdir".

Müshaibimizin fikrincə, bunun üçün əvvəlcə maddi-texniki baza qurulmalı, mütəxəssislər hazırlanmalı və ondan sonra tədrislə məşğul olunmalıdır:

"Görünür, Ermənistanda Azərbaycan və türk dilləri ilə bağlı illər əvvəl təşəbbüs başlayıb və indi onların tədrisə yarayan kadrları, mütəxəssisləri var deyə, artıq bunu ümumi təhsil məktəblərinə də tətbiq etməyə başlayıblar. Gələcək üçün planlaşdırılmalıdır ki, bu sahə üzrə heç olmasa Azərbaycanda da müəyyən addımlar atılsın".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
redaktor.az

2Mənbələr