AZ

Bu ədviyyatın kilosu 600 min lirə: Hər səhər yığılır

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Türkiyənin Tekirdağ bölgəsində yetişdirilən safran, yüksək qiyməti və çətin istehsal prosesi ilə diqqət çəkir. İstehsalçılar bu il safranın kilo qiymətinin 600 min lirəyə qədər yüksələcəyini gözləyir.

Sherg.az xəbər verir ki, Tekirdağın Süleymanpaşa rayonuna bağlı Qazioğlu məhəlləsində yetişdirilən safran, bu il də “qızıl ilə yarışan ədviyyat” adını qoruyub saxlayır.

Trakya bölgəsində yeni tanınmağa başlayan bu bitkinin istehsalı olduqca əmək tələb edir - hər çiçəkdən cəmi 3 ədəd safran teli (stigma) əldə olunur. Buna görə də satış qramla aparılır.

7 dönümlük sahədən ən çoxu 3 kiloqram safran götürülə bilir. Safran qastronomiya, kosmetika, tekstil və tibb kimi bir çox sahədə istifadə edilir.

İstehsalçılara görə, bu nadir və zəhmət tələb edən ədviyyat, bahalı görünsə də, əslində “əməyin dəyərinə uyğun, hətta ucuz bir şəfa bitkisidir.”

“İki ildir safran yetişdirən istehsalçı Ateş Kazımlı deyib:

“Safran bir çox sahədə istifadə olunur. Xüsusilə qastronomiya və qida sektorunda geniş yayılıb. Bundan başqa, dərman, kosmetika və tekstil sənayesində təbii boya kimi seçilir. Sinirləri sakitləşdirir, təbii antidepresan xüsusiyyətinə malikdir.”

Kazımlı əlavə edib ki, hazırda 7 dönümə yaxın ərazidə istehsal aparılır:

“Bura ziyarətçilərə açıqdır, insanlar gəlib safranı yaxından tanısınlar istəyirik. Çünki Trakyada hələ çox bilinmir. İlk il 100 kilo soğan əkirsinizsə, təxminən 400 qram safran əldə edirsiniz. İkinci il məhsuldarlıq ikiqat artır. 2024-2025 mövsümündə kilosu 400 min lirə idi, bu il isə 500–600 min lirəyə qalxması gözlənilir. Keyfiyyəti isə yığım və qurudulma mərhələsindəki diqqət müəyyənləşdirir.”

Digər istehsalçı Tayfun Çakırlar isə bildirib:

“İki ildir məhsul toplayırıq. Bu il çiçəkləri bir az gözlətdik, gələn ziyarətçilərə də yığım təcrübəsi yaşadırıq. Normalda hər gün səhər tezdən toplanır. Kilosu əvvəllər 400 min lirə idi, indi 500–600 minə qalxdı. Amma bu, kilo ilə istehlak edilən məhsul deyil - bir çay stəkanına cəmisi iki tel yetər. Əllə tək-tək yığılan bir məhsuldur, məncə bahalı deyil, əksinə, bu zəhmət üçün ucuz sayılır.”

Turan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
sherg.az

2Mənbələr