AZ

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçiriləcək

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il iyunun 19-u tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq cari ildə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsi noyabrın 14-də saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı ş. Yasamal r. Ayna Sultanova küçəsi 5) keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və “Yazılı imtahana buraxılış vərəqəsi” ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.

Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub çap etməlidirlər.

Əlavə suallarla bağlı (012) 437-28-56, (012) 361-00-76, (012) 361-00-77, (012) 361-00-78, (012) 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Seçilən
41
1
azertag.az

10Mənbələr