AZ

Nazir: Ermənistan silah alışında Vaşinqton razılaşmalarını nəzərə alacaq

Ermənistan silah və hərbi texnika almağa davam edəcək, lakin avqustun 8-də Azərbaycanla imzalanmış Vaşinqton razılaşmalarını nəzərə alacaq.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Suren Papikyan jurnalistlərə bildirib.

Papikyan qeyd edib ki, İrəvan və Bakının ABŞ-də əldə etdiyi razılaşmalar mühüm haldır və onun öz nəticələri olacaq.

Müdafiə naziri Ermənistanın Hindistanla "Su-30 MK" qırıcılarının alınması ilə bağlı razılaşmasının olmadığını da vurğulayıb.
 
 

Seçilən
31
5
xezerxeber.az

6Mənbələr