AZ

"Real"ın futbolçusu "Liverpul"la oyunu buraxacaq

style='margin-bottom:10px;'>

"Real"ın futbolçusu Franko Mastantuono zədələnib.

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

18 yaşlı vinger ötən gün La Liqanın 11-ci turu çərçivəsində "Valensiya" ilə matçda sıradan çıxıb. Frankonun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil. Lakin onun Çempionlar Liqasının Liqa məhələsinin 4-cü turunda "Liverpul"la oyunu buraxacağı dəqiqdir.

Sözügedən görüş sabah keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Seçilən
59
2
teleqraf.com

4Mənbələr