AZ

Avstriyada yüksək risk rejimi tətbiq edildi

Avstriyada quş qripi səbəbindən yüksək risk rejimi tətbiq edilib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Avropa ölkəsində bu təhlükəli xəstəliyin beş halı aşkarlanıb. 

Rəsmilər hesab edirlər ki, tətbiq olunan sanitariya tədbiri vəhşi quşlarla ev quşları arasındakı təması önləyəcək və beləliklə quş qrupinin yerli təsərrüfatlara keçməsinin qarşısını alacaq.

Ev quşu sahiblərinə heyvanları vəhşi quşlardan qorumaq üçün torlardan istifadə etmələri, onları yalnız içəridə və ya sığınacaq altında yemləmək və su vermək, eləcə də nəqliyyat vasitələrini, yükləmə yerlərini və avadanlıqları xüsusi diqqətlə təmizləyib dezinfeksiya etmələri tövsiyə olunub.

Seçilən
12
1
operativmm.az

6Mənbələr