AZ

“Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sabunçu vağzalına köçdü (FOTO)

Bakı. Trend:

Sabunçu Dəmiryol Vağzalının sərnişinləri növbətigünlər ərzində buradan keçərkən “Qara qızılın saldığı dəmir yollar”fotosərgisi ilə də tanış ola biləcəklər. Vağzalın üst mərtəbəsindəaçılan sərgi Azərbaycanın sənaye tarixində mühüm yer tutan ikisahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişafyolunu nümayiş etdirir.

“Azərbaycan Dəmir Yolları”nın bu il qeyd edilən 145 illikyubileyinə həsr edilən fotosərgi “Balakhani Operating Company” iləbirgə təşkil edilib. İzləyiciləri vizual tarixi ekskursa aparansərgi xatırladır ki, Azərbaycanda XIX əsrin sonlarında başlananneft hasilatı nəqliyyat sisteminin inkişafını da zəruri edib. Bunagörə də 1880-ci ildə ilk dəmir yolu – Bakı–Sabunçu–Suraxanı xəttiistifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə neftivaqon-sisternlərlə daşıyaraq tarix yazıblar. Həmin dəmir yollarıtəkcə neft deyil, həm də sərnişinləri daşıyırdı: Abşeronunmədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi vəonların ailələrini.

Rəsmi açılışı tarixi Sabunçu vağzalı- bu günkü DəmiryolMuzeyində baş tutan fotosərgidə çıxış edən “Balakhani OperatingCompany” hasilat şirkətinin prezidenti Rövşən Rzayev vurğuladı ki,neftçilərlə dəmiryolçuların peşəkar yolları və fəaliyyəti bu günəqədər sıx bağlıdır. Hətta bu gün Sabunçu və Suraxanı rayonlarındakımədənlərdə çalışan əməkdaşların 10%-dan çoxu işə qatarla gəlibgedirlər.

“Qara qızılın saldığı dəmir yollar” fotosərgisində nümayişetdirilən tarixi fotoların əksəriyyəti Milli Arxivdən alınaraq ilkdəfə izləyicilərə təqdim edilir.

“Qara
“Qara
“Qara
Məqalədə:
Seçilən
38
8
az.trend.az

3Mənbələr