AZ

Energetika Nazirliyində enerji auditi mövzusunda məlumat sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində enerji səmərəliliyi və enerji auditimövzusunda məlumat sessiyası təşkil olunub. Sessiyada enerjieffektivliyi və enerji auditi xidmətləri sahəsində fəaliyyətgöstərən müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin məqsədi enerji auditinin hüquqi vəpraktiki mahiyyəti, bu sahədə dövlət siyasətinin əsasistiqamətləri, habelə tətbiq mexanizmləri barədə iştirakçılarınməlumatlılığını artırmaq olub.

Sessiyada “enerji auditi nədir”, “enerji auditoru kimdir”,“enerji menecment sistemi”, “enerji auditinin təşkili və hesabatı”kimi mövzularla bağlı ətraflı məlumat təqdim edilib. Həmçinin,enerji auditinin enerji istehlakçıları üçün əhəmiyyəti, auditnəticəsində aşkarlanan enerji səmərəliliyinin artırılmasıistiqamətində tədbirlərin görülməsi və əldə ediləcək enerjiqənaətinin iqtisadi və ekoloji əhəmiyyəti vurğulanıb. Qeyd edilibki, bu sahənin inkişafını təşviq etmək və enerji auditi həyatakeçiriləcək subyektlərə dəstək olmaq məqsədilə EnergetikaNazirliyinin tabeliyində Enerji Məsələlərini TənzimləməAgentliyinin “Enerji Effektivliyi Fondu” yaradılıb.

Yekunda iştirakçıların sualları cavablandırılıb, onlarımaraqlandıran məsələlər üzrə müzakirələr aparılıb və enerji auditisahəsində təkmilləşdirməyə dair təkliflər nəzərdən keçirilib.

Energetika
Energetika
Energetika
Energetika
Məqalədə:
Seçilən
16
7
az.trend.az

8Mənbələr