AZ

Azərbaycan düyü idxalını azaldıb

2025-ci ilin doqquz ayında Azərbaycana 42 303,71 ton düyü idxal edilib, idxalın ümumi statistik dəyəri 39 799,22 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirib. 

Rəsmi məlumatlara əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 19,4%, dəyəri isə 27,3% azalıb. Ötən ilin doqquz ayında ölkəyə 52 538,63 ton düyü idxal olunmuş, bu idxalın dəyəri 54 754,73 min dollar təşkil etmişdi.


Azərbaycanda düyü əsasən Lənkəran və Şəki-Zaqatala bölgələrində istehsal olunur, lakin daxili istehsal ölkə tələbatını tam qarşılamır.

Əsas idxal mənbələri Hindistan, Pakistan və Rusiya Federasiyasıdır.

Aytac 

Seçilən
46
1
anews.az

2Mənbələr