AZ

Əfqanıstanda güclü zəlzələ baş verib: 500-dən çox insan yaralanıb

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ baş verib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 534 nəfər yaralanıb. 

Qeyd edək ki, zəlzələ Əfqanıstanın ən böyük şəhərlərindən biri olan və əhalisi təxminən 500.000 nəfər olan Məzari-Şərifdə baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin gücü 6,3 bal, dərinliyi isə 28 kilometr olub. 

Xilasetmə işləri davam etdikcə ölənlərin sayının artacağı gözlənilir.

Həmidə İbrahimova

Seçilən
40
1
azreform.info

2Mənbələr