İsrail parlamentinin (Knesset) milli təhlükəsizlik komitəsi terrorçular üçün edam cəzası haqqında qanunun səsverməyə çıxarılmasına razılıq verib.
Redaktor.az bu barədə İsrail mətbuatına istinadən xəbər verir.
Qanunun dəstəkçilərindən olan parlament üzvü Oded Forer bu qanunun intiqam yox, şəkindiricilik funksiyası daşıdığını bildirib.
Qanunun bu həftə ərzində səsverməyə qoyulacağı gözlənilir.