İngiltərə futbolunun əfsanəsi, keçmiş hücumçu Alan Şirer cari mövsümdə zəif yerləri olmayan ingilis komandası haqda söhbət açıb.
Arena.az keçmiş futbolçunun müvafiq fikrini təqdim edir:
“Arsenal”! Bu komandada zəif tərəflər görmürəm. Onlar say üstünlüyü yaradır və həmçinin standart vəziyyətlər zamanı öz fürsətlərindən yararlanırlar”, deyə Şirer vurğulayıb.
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill də cari mövsümün İngiltərə çempionu olaraq gördüyü klubdan söhbət açıb. İngilis veteranın müvafiq qənaətini təqdim edirik:
“Hesab edirəm ki, “Arsenal” bu liqanın ən yaxşı komandasıdır. Onlar düzgün heyətə malikdirlər. Əminəm ki, “Arsenal” çempionatı qazanacaq”, deyə Nevill vurğulayıb.
Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə keçirdiyi 10 oyunda 25 xal toplayıb və vahid liderdir. “Topçular” 10 oyunda 8 qələbə qazanıblar, 1 heç-heçə və 1 məğlubiyyət görüblər.
                        
