AZ

Recep Uçar “Konyaspor”dan qovuldu - ARENA.AZ

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor” klubu əsas komandanın baş məşqçisi Recep Uçar ilə yollarını ayırıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Klub 50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Konya təmsilçisi Uçara xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

İstefaya komandanın son dörd oyunda üç məğlubiyyət alması səbəb olub. Super Liqanın cari mövsümündə keçirdiyi 11 oyunda 5 məğlubiyyət almış Konya təmsilçisi digər görüşlərdə 4 qələbə qazanıb, 2 heç-heçə edib. “Konyaspor” hazırda 14 xalla 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Recep Uçar 2024-cü ilin noyabr ayından “Konyaspor”a rəhbərlik edirdi. O, bu bir il ərzində sözügedən komandanı bütövlükdə 45 oyuna çıxarıb. Konyalılar bu görüşlərdə 20 qələbəyə seviniblər, 8 heç-heçə və 17 məğlubiyyət görüblər.

Uçar daha öncə “İstanbul BB”, “Ümraniyəspor” və “Kayserispor” komandalarında da baş məşqçi kimi çalışıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
29
arena.az

10Mənbələr