Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanında keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.
Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İran seçməsi ilə üz-üzə gəlib.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşən qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 3:0 (25:11, 25:16, 26:24).
Xatırladaq ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.
İslamiada noyabrın 21-də başa çatacaq.
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

