AZ

ÇL: PSJ “Bayern”ə, “Real” “Liverpul”a uduzdu - ARENA.AZ

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 4-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən “Napoli” və “Ayntraxt” İtaliyada üz-üzə gəliblər. Bu görüşdə qapılara qol vurulmayıb.

İngiltərə çempionu “Liverpul” evdə Madrid “Real”ı ilə qarşılaşıb. Premyer Liqanın sonuncu qalibi rəqibini xalsız yola salıb.

Gecənin ən maraqlı oyunlarından biri Parisdə baş tutub. Almaniya çempionu “Bayern” səfərdə ÇL-in sonuncu qalibi, Fransa nəhəngi PSJ-nin qonağı olub. Üç qolun qeydə alındığı matçda münhenlilər 3 xala seviniblər.

London “Arsenal”ı Çexiyada Praqa “Slaviya”sı ilə üz-üzə gəlib. Azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi oyunda İngiltərə təmsilçisi darmadağına sevinib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
4 noyabr

Napoli (İtaliya) – Ayntraxt (Frankfurt, Almaniya) 0:0

Slaviya (Çexiya) – Arsenal (İngiltərə) 0:3
Qollar: B.Saka, 32-pen. M.Merino, 46; 68.

PSJ (Fransa) – Bayern (Almaniya) 1:2
Qollar: Neves, 74 – L.Dias, 4; 32.

Liverpul (İngiltərə) – Real (İspaniya) 1:0
Qol: Makallister, 61.

Atletiko (İspaniya) – Yunion (Belçika) 3:1
Qollar: X.Alvares, 39. Qallaxer, 72. Lyorente, 90+6 – Sayks, 80.

Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) 1:1
Qollar: Vlahoviç, 34 – Arauxo, 12.

Tottenhem (İngiltərə) – Kopenhagen (Danimarka) 4:0
Qolar: B.Conson, 19. Odober, 51. Van de Ven, 64. Paulinyo, 67.

Olimpiakos (Yunanıstan) – PSV (Niderland) 1:1
Qollar: Martins, 17 – Pepi, 90+3.

Bodo Qlimt (Norveç) – Monako (Fransa) 0:1
Qol: Baloqun, 43.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
4
21
arena.az

10Mənbələr