AZ

De Bröyne əməliyyat olundu, “Qarabağ”la matçı buraxacaq

Futbol üzrə Belçika yığma komandasının və İtaliya çempionu “Napoli”nin yarımmüdafiəçi Kevin De Bröyne zəməliyyat olunub.

Arena.az xəbər verir ki, belçikalı futbolçu bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

34 yaşlı oyunçu əməliyyatın uğurlu keçdiyini yazıb. O da bəlli olub ki, Belçika millisinin üzvü 2025-ci ilin yanvarında yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibidir. Bu komandalar arasındakı oyun noyabrın 26-da Neapolda keçiriləcək. De Bröynenin isə həmin görüşdə iştirak etməyəcəyi artıq dəqiqdir.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə “Mançester Siti”dən azad agent qismində ayrılmış De Bröyne “Napoli”yə qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

De Bröyne cari mövsümdə “Napoli”nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kevin De Bröyne “Genk”in məzunudur. Futbolçu, karyerası ərzində “Çelsi”, “Verder” (icarə), “Volfsburq” və “Mançester Siti”də oynayıb.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 115 oyun keçirib, 36 qol vurub, 53 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
7
7
arena.az

10Mənbələr